Praqada parlaq nəticə

3.jpg

 

     Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə açıq Avropa turnirinə yekun vurulub. 
Yarışların sonuncu günündə "Judo Club 2012"nin üzvü Məhərrəm İmamverdiyev (-81 kq) qızıl medala layiq görülüb. Cudoçumuz həlledici görüşdə macarıstanlı Benedek Tota qalib gəlib. 
Xatırladaq ki, ilk yarış günündə Nazir Talıbov (-66 kq) gümüş, Hüseyn Allahyarov və Murad Muradlı isə -60 kq çəki dərəcəsində bürünc medala sahib çıxmışdı. 
Beləliklə, Azərbaycan cüdoçuları yarışı 7 (2 qızıl, 1 gümüş, 4 bürünc) medalla başa vurub ki, bu medallardan da dördü məhz "Judo Club 2012" klubunun payına düşüb. 
Azərbaycan millisi 7 medalla 35 ölkə arasında ümumi komanda hesabında ikinci, kişilərin mübarizəsində isə birinci yeri tutub.

Oxunma sayı: 77 2025-09-29 10:28:56